Həftəlik analiz - 04.05.2016.




Avro dolların düşməsindən dolayı 2015-ci ilin Avqustundan bəri ilk dəfə 1.16 səviyyəsini yuxarı yöndə qırıb. Dollar Fed-in keçən həftə faiz dərəcəsini dəyişməz olaraq saxlamasından dolayı təzyiq altında qaldı və Fed gələcəkdə faiz artımına daha ehtiyatlı yanaşacağını bildirdi.


Avrozondan Avropa Komissiyası iqtisadi artımın bu il üçün təxmin ediləndən zəif olacağını və həmçinin inflyasiyanın da aşağı qalacağını bildirib. Avstralia Mərkəzi Bankı faiz dərəcəsini kəskin aşağı salıb və daha az riskli sayılan yen yüksəldib. Avstraliya Bankı deflyasiyanin qarşısını almaq üçün faiz dərəcəsini bu il ilk dəfə 1.75% səviyyəsinə salıb. Keçən həftə inflyasiya səviyyəsi birinci rüb üçün son 7 il ərzində ən böyük düşüşlə müşahidə olundu.


Qlobal iqtisadiyyatın zəifləməsi və mərkəzi bankların faiz dərəcəsini aşağı salmasından dolayı daha az riskli sayılan yapon yen-ini yüksəldir. Britaniya funtu dollara qarşı son dörd ayın ən yüksək zirvəsinə qalxdıqdan sonra İngiltərədə Aprel ayında istehsalat sektorunda PMİ indeksinin 2013-cü ildən bəri ilk dəfə aşağı açıqlanmasından dolayı dəyər itirdi.


ABŞ səhmləri Bazar ertəsi günü Berkshire Hathaway birinci rüb üçün gəlirlərinin təxmin ediləndən yüksək açıqlanması və həmçinin dolların ucuzlaşması və beynəlxalq şirkətlərin gəlirlərinə müsbət təsir etməsi səbəbindən dolayı yüksəlmişdi.


Lakin, Çinin istehsalat sektorudakı aktivliyin son 14 ayın ən aşağı səviyyəsinə düşməsindən dolayı xüsusilə SP 500 indeksi aşağı yöndə korreksiya etməyə başladı. NASDAQ 7 sessiya aşağı düşüb Apple isə 8 ardıcıl sessiyadır ki dəyər itirir və bu 1998-ci ildən bəri ən uzun düşüşdür.


Baxmayaraq ki, S&P 500-ə daxil olan şirkətlərin bəzilərinin birinci rüb üçün gəlirləri gözləntiləri doğruldub amma Thomson Reuters əsasən gəlirlərin bir öncəki illə müqayisədə 5.7% aşağı olacağı proqnozlaşdırılır.


Qızıl fyuçerləri əsas səviyyə olan 1,300 dollar səviyyəsinə qalxıb. Dolların digər valyutalara qarşı son 15 ayın ən aşağı səviyyəsinə düşməsi qızıla olan tələbi artırıb.


Xam neftin qiyməti Çərşənbə axşamı günü Orta Şərqdə və Şimal Dənizində hasilatın artmasından dolayı aşağı düşüb. İraq cənub platformasından daşınan neftin Aprel ayında gündəlik 3.364 milyon barel olduğunu açıqlayıb hansı ki Mart ayında bu göstərici 3.286 milyon barel idi.


OPEC-in ən böyük neft istehsalçısı olan Səudi Ərəbistanda Aprel ayında gündəlik hasilat 10.15 milyon barel olub lakin bu göstərici 10.5 milyon barelə yüksələ bilər. İran həmçinin hasilatı demək olar ki gündəlik 2 milyon barelə çatdırıb halbu ki bu ilin başlanğıcında bu göstərici 1 milyon barel idi. ABŞ-da isə hasilatı 2015-ci il İyunda ən yüksək səviyyə olan 9.6 milyon bareldən 9 milyon barelə düşüb.


Tarix