ABŞ-da faiz dərəcəsi

Mərkəzi Banklar pul siyasətini faiz dərəcəsi ilə, hökümət istiqrazlarını alıb satmaqla, bank rezervlərində olan pulun həcmini dəyişməklə,tənzimləyirlər. Federal Ehtiyatlar Amerikanın pul siyasətini idarə edən qurumdur. Ümumi olaraq iki növ pul siyasəti var, genişləndirici və qısaldıcı.

  • Tarix: Cümə axşamı 16.12.2015.
  • Vaxt: 23:00

  • Faiz dərəcəsi

  • Hazırkı hədd: 0.25%
  • Gözlənilən artım: 0.25%
  • Genişləndirici pul siyasəti işsizliyi azaltmaq, özəl sektorun kredit verilməsini asanlaşdırmaq, istehlakı artırmaq və iqtisadi böyüməni gücləndirmək məqsədi ilə edilir. Bu tez-tez “asan pul siyasəti adlandırılır” və 2008-ci ildən bəri bir çox Mərkəzi Bank bu siyasəti izləyir və faiz dərəcəsini sıfır səviyyəsinə yaxın saxlayırlar.

    Qısaldıcı pul siyasəti isə bazarda pul kütləsini azaltmaq və inflyasiyanı tənzimləmək məqsədilə edilir. Qısaldıcı pul siyasəti bəzən iqtisadi böyümənin zəifləməsinə, işsizliyin artmasına və kredit verilməsini çətinləşməsinə səbəb ola bilər.

    Federal Ehtiyatlar 1980-ci illərdə 15%-lik inflyasiyanı aşağı salmaq üçün faiz dərəcəsini 20%-ə qaldırır və bu da ressesiyaya səbəb olur, ancaq inflyasiyani tənzimləyə bilirlər.

    FED-in faiz dərəcəsini Dekabrın 16-17-də qaldıracağına dair müzakirələr çoxdandır davam edir. Dekabrda faiz artımına dair Janet Yellen və bir çox FOMC üzvləri güclü mesaj vermişdilər. Ekspertlər faiz artımı üçün artıq vaxtın yetişdiyini qeyd edirlər.

    Şərh:

    Qrafiklərdən göründüyü kimi faiz dərəcəsi ilə bağlı dəyişikliyin ən çox nefti qiymətinə təsiri var. Belə ki, faiz dərəcəsinin yüksəldilməsinin neftin qiymətinə neqativ təsiri var. Budan başqa FED-in faiz dərəcəsi ilə EUR/USD cütlüyü və qızıl üzərində də neqativ təsiri var. 29.6.2006 tarixində faiz dərəcəsi yüksəldilərkən başlanğıcda əks reaksiya oldu, ilk öncə EUR/USD paritisində 2.48% yüksəliş oldu sonrakı həftə içərisində isə qalxış korreksiya etdi və paritidə 3.13% düşüş oldu. oldu. Qızılın da qiymətində ilk öncə yüksəliş oldu sonrakı həftə isə 17.16% aşağı düşdü. EUR/USD paritisində bir istiqamətdə gedən trend olmayıb, lakin, qızıl və xam neftdə isə trend açıq-aydın bir istiqamətdə olub. Ümumiyyətlə faiz dərəcəsi yüksələrkən ilk öncə dollar yüksəlir təqribən 10 gün sonra isə tədricən düşməyə başlayır. Lakin, sabah Fed faiz dərəcəsini yüksəldərsə, hər iki hal ola bilər. Yəni dollar ilk öncə aşağı düşə bilər və sonra yüksələ bilər və ya ilk öncə yüksəlib sonra aşağı düşə bilər, ancaq bundan sonra yenə də yüksələcəyi gözlənilir. Nəticə olaraq uzun vədədə dolların qalxması gözlənilir.

    EUR/USD: 2.48 % qalxış
    Qızıl: 14.34 % qalxış
    Xam Neft: 8.92 % qalxış


    EUR/USD cütlüyü

    Korelyasiya (İnterest rate /EURUSD)= -0.58
    Fed faiz dərəcəsini sonuncu dəfə 29 iyun 2006-cı ildə qaldırıb. Həmin vaxtdan sonra faiz dərəcəsində dəyişikliklər əsasən azalan istiqamətdə olub. Hazırda bir çox analitik Dekabr ayında faiz dərəcəsinin qaldırılacağına inanır və faiz dərəcəsinin 0.25%-dən 0.5%-ə qədər artırılacağı təxmin edilir. Aşağıdakı qrafikdə faiz dərəcəsinin artırıldıqdan sona EUR/USD cütlüyündə olan təsiri əks olunub.

    Qızıl

    Korelyasiya (İnterest rate /Gold price)= -0.57
    Faiz dərəcəsini yüksəltməyin qızılın qiymətinə təsiri.

    Xam neft

    Korrelyasiya (İnterest rate /Crude oil price)= -0,70
    Faiz dərəcəsini artırmağın neftin qiymətinə təsiri.

    Mikro-təhlilin icmalı